image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-lmbderx7dlu1vfd5if5kkcdfgy2vgnuqziegysmx_1200

On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır

image-legitimaz-810x90

On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır

Azərbaycan ilə Avropa Komissiyası arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra ölkəmiz Avropa dövlətlərinə təbii qaz ixracını həm həcminə, həm də alıcı ölkələrin sayına görə xeyli artırıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı da əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev qeyd etdi ki, enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.  Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Avropa İttifaqı Şurasının Prezidenti də  mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq. Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. Azərbaycan Avropa üçün yeganə  enerji mənbəyidir.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki