image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1767857202_695f597e3098f695f597e309901767856510695f597e3098d695f597e3098e

Ölkəmizdə gözəl investisiya iqlimi vardır

image-legitimaz-810x90

Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik.

Cənab Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdi ki, “Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”. Cənab Prezidentin bu fikirləri Azərbaycanın həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasətin nəticələrini və beynəlxalq səviyyədə qazandığı etimadı aydın şəkildə nümayiş etdirir.

Müstəqillik illəri ərzində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunması, hüquqi və institusional islahatların ardıcıl şəkildə aparılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. İnvestorların hüquqlarının qorunması, əlverişli vergi və gömrük mexanizmlərinin tətbiqi, eləcə də dövlət-özəl tərəfdaşlığı modellərinin genişləndirilməsi ölkədə sağlam investisiya mühitinin formalaşmasına şərait yaratmışdır.

Cəna Prezident İlham Əliyevin qeyd etdiyi yüksək həcmdə xarici sərmayənin cəlb olunması Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdığını təsdiqləyir. Xarici investisiyaların əsas hissəsi enerji sektoruna yönəlsə də, son illərdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Nəqliyyat-logistika, sənaye parkları, aqrar sektor, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin “yaşıl enerji” strategiyasının ardıcıl icrasının növbəti mərhələsidir. Bu layihə həm daxili enerji tələbatının etibarlı şəkildə ödənilməsinə, həm də ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq öhdəliklərin icrasına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji sahəsinə yatırılan sərmayələr ölkənin investisiya portfelinin daha da genişlənməsinə şərait yaradır.

Azərbaycanda əlverişli investisiya mühitinin qorunması və daha da təkmilləşdirilməsi dövlət siyasətinin prioritet istiqaməti olaraq qalmaqla, ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin edir.

 

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki