image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583996043_1390687485744359_7313108958287983048_n

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir

image-legitimaz-810x90

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.

Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bildirdi ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusilə Özbəkistanla münasibətlərin möhkəmləndirilməsinə xüsusi önəm verir. Ölkələr arasında müntəzəm şəkildə yüksək səviyyəli səfərlər, birgə komissiya iclasları, regional əməkdaşlıq platformalarında koordinasiya siyasəti həyata keçirilir. Bu yanaşma təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq platformalarda Azərbaycan–Özbəkistan əməkdaşlığını daha da gücləndirir. Cənab Prezident qeyd edir ki, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləməkdə davam edir və bu, siyasi həmrəyliyin rəmzidir. Prezident cənab İlham Əliyev müsahibədə ikitərəfli iqtisadi əlaqələrin artan dinamikasına dair konkret rəqəmlər və faktlar təqdim edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, 2024-2025-ci illərdə bu sahədə rekord artımlar qeydə alınmışdır. Azərbaycan və Özbəkistan hökumətləri tərəfindən yaradılmış Birgə İnvestisiya Şirkəti iqtisadi əməkdaşlığın struktur elementinə çevrilmiş, qarşıdakı illərdə sənaye, kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, energetika və rəqəmsal transformasiya sahələrində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan sərmayələrinin Özbəkistan iqtisadiyyatına, Özbəkistan investisiyalarının isə Azərbaycana qoyuluşunun həcmi əhəmiyyətli şəkildə artır və bu, qarşılıqlı iqtisadi faydanın və uzunmüddətli marağın göstəricisidir.

Müsahibədə diqqət çəkən mühüm istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Cənab Prezident Azərbaycan və Özbəkistanın tranzit və logistika sahəsində strateji tərəfdaş olduğunu vurğulayır. Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biridir, Özbəkistan isə marşrutun Mərkəzi Asiya məkanındakı aparıcı iştirakçılarındandır. Cənab Prezident bildirib ki, Azərbaycan limanlarının, dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi, həmçinin Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi Özbəkistan da daxil olmaqla bütün region üçün əlavə imkanlar yaradır.

Cənab Prezidentin sözlərinə görə, regionun tranzit yük dövriyyəsinin artımı təkcə iqtisadi deyil, həm də siyasi müstəvidə sabitlik və inteqrasiya proseslərinə müsbət təsir göstərir. Enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Müsahibədə qeyd edilir ki, Azərbaycanın neft-kimya məhsullarının Özbəkistana ixracı, Özbəkistan şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr və birgə müəssisələrin fəaliyyəti genişlənməkdədir. Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəsini, strateji qarşılıqlı etimadını və gələcək inkişaf perspektivlərini dolğun şəkildə əks etdirir. Bu münasibətlər təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və beynəlxalq kontekstdə mühüm rol oynayır. Azərbaycan ilə Özbəkistan arasındakı tərəfdaşlıq bu gün artıq yeni mərhələyə – müttəfiqlik və strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əməkdaşlıq həm xalqlarımızın rifahına, həm də bölgənin sülh və sabitliyinə yönəlmiş uzunmüddətli və dayanıqlı əməkdaşlıq modelidir.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki