image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583696733_1390830749063366_5098570807494125661_n

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir

image-legitimaz-810x90

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir

Azərbaycan və Özbəkistan tərəfindən yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin institusional əsasda inkişafına xidmət edən əsas mexanizmlərdən biridir. Artıq iki iclas keçirilib və bu format siyasi-iqtisadi və humanitar əməkdaşlıq istiqamətlərində koordinasiyanın daha səmərəli həyata keçirilməsinə imkan yaradır. Cənab Prezident müsahibəsində ölkələrimiz arasında nəqliyyat-logistika əməkdaşlığı əsas strateji xəttlərdən biri kimi təqdim olunur. Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi həm ikitərəfli, həm də regional miqyasda ciddi üstünlüklər yaradır. 2024-cü ildə qarşılıqlı tranzit daşımalarının 18 faiz artması və həcmin 1,3 milyon tonu keçməsi əməkdaşlığın dinamik inkişafını göstərir. 2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər bu tempin davam etdiyini nümayiş etdirir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, ticarət donanması və beynəlxalq hava limanları Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirir. Zəngəzur dəhlizinin açılması isə bütün Mərkəzi Asiya üçün yeni nəqliyyat alternativləri və iqtisadi üstünlüklər vəd edir.

Energetika sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin strateji vasitələrindən biridir. SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarını ixrac etməsi, neft-qaz texnologiyaları üzrə birgə müəssisənin fəaliyyəti və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji inteqrasiyası layihələri regionun enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasına yeni perspektivlər açır. 2024-cü ildə imzalanan sazişlər enerji sistemlərinin qarşılıqlı inteqrasiyasına, bərpaolunan mənbələr üzrə əməkdaşlığa və ümumi enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq modelinin mühüm dayağına çevrilib. Bu müttəfiqlik həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də Mərkəzi Asiya və Xəzər regionunda birliyə, inteqrasiyaya və sabitliyə yeni təkan verir. Prezident cənab İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ilə bağlı ifadə etdiyi fikirlər isə dost ölkənin dinamik inkişafına verilən yüksək dəyərin və sarsılmaz həmrəyliyin növbəti təsdiqidir. Hər iki ölkədə həyata keçirilən islahatlar, müasirləşmə və modernləşmə prosesləri regionda yeni inkişaf modelinin formalaşdığına işarə edir.

 

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki