image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583997806_1391405822339192_7530972273692711752_n

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir

image-legitimaz-810x90

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir.

Prezident cənab İlham Əliyevin UzA-ya verdiyi müsahibədə mühüm məqamlardan biri Azərbaycan və Özbəkistan arasında qardaşlıq üzərində qurulmuş müttəfiqlik münasibətlərinin nümunəvi xarakter daşımasıdır. Bu ölkələri birləşdirən ortaq tarixi köklər, dil yaxınlığı, mədəni irs və mənəvi dəyərlər münasibətlərin strateji xarakter alması üçün möhkəm təməl yaradıb. Ötən əsrlər boyunca xalqlar arasında formalaşmış qarşılıqlı hörmət bu gün dövlətlərarası siyasi kursa müsbət təsir edən mühüm faktora çevrilib. Münasibətlərin dinamik inkişafında Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış şəxsi dostluq və etimad mühüm rol oynayır. Bu dostluq dövlətlərarası əməkdaşlığın praktiki məzmununu genişləndirir, strateji qərarların koordinasiyasını asanlaşdırır və çoxşaxəli əməkdaşlığın yeni istiqamətlərə çıxmasına şərait yaradır. Son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlər həyata keçirməsi münasibətlərin intensivliyinin göstəricisidir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, eləcə də 2024-cü ilin iyulunda Özbəkistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlıq gündəliyinə yeni məzmun gətirib. Bu tarixi səfərlər zamanı imzalanan onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri ölkələr arasında əməkdaşlığın hüquqi və institusional çərçivəsini daha da gücləndirib. Bu sənədlərin icrası həm ikitərəfli münasibətləri, həm də Mərkəzi Asiya–Xəzər–Qafqaz məkanında geniş regional inteqrasiyası sürətləndirir. Prezident cənab İlham Əliyevin müsahibədə toxunduğu mühüm məsələlərdən biri iki qardaş dövlət arasında yaradılan Ali Dövlətlərarası Şuranın fəaliyyəti ilə bağlıdır. Bu mexanizm münasibətlərin məqsədyönlü şəkildə inkişafını, prioritetlərin dəqiq müəyyənləşdirilməsini və qəbul edilən qərarların icrasına nəzarəti təmin edən vacib siyasi struktur kimi çıxış edir. Daşkənd və Bakıda keçirilmiş iki iclas Şuranın institusional baxımdan artıq formalaşdığını və tərəfdaşlığın strateji idarəetməsində mühüm rol oynadığını göstərir. Müsahibədə Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstəyinin qeyd edilməsi qardaşlıq münasibətlərinin səmimiliyini nümayiş etdirir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin Özbəkistan tərəfindən inşası qardaşlığın konkret nəticəyə çevrilmiş rəmzidir. Prezident cənab İlham Əliyev bunu ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi dəyərləndirir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda birgə fəaliyyət region daxilində ticarət əlaqələrinin sürətlənməsinə və Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir. Statistik rəqəmlər də müsbət dinamikanı təsdiqləyir: Ötən il ərzində tranzit daşımaları 18 faiz artıb, cari ilin ilk doqquz ayının göstəriciləri isə bu yüksəlişin davam etdiyini göstərir.

 

Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki