image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-582514586_1390852452394529_5735030110474969199_n

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir

image-legitimaz-810x90

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir.

Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə regionda formalaşan yeni geosiyasi reallıqların dərin təhlilini nümayiş etdirir. Bu müsahibə, həmçinin artıq Türk dünyasını birləşdirən geniş əməkdaşlıq modelinin əsas istiqamətlərini ortaya qoyur. Sözügedən məsələlər yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Mərkəzi Asiya və Xəzər hövzəsində strateji tərəfdaşlığın gələcəyini aydın şəkildə təcəssüm etdirir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi kökləri, mədəni irsi və etnik yaxınlığı ilə böyük bir geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi hər iki tərəfin fiziki sərhədlərini ayırsa da, əslində, bu regionun ən mühüm birləşdirici amilidir. Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə dövlət başçısının üçüncü dəfə iştirakı da bu əməkdaşlığın ardıcıl və uzunmüddətli siyasi xəttə çevrildiyini göstərir. 2023-cü ildə Düşənbə və 2024-cü ildə Astanada keçirilən görüşlərdən sonra növbəti iclasın Daşkənddə keçirilməsi regional məsləhətləşmə mexanizminin artıq institusional xarakter aldığını nümayiş etdirir. Müsahibənin mühüm məqamlardan biri Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri ilə bağlıdır. Bu əməkdaşlığın təməlində ortaq mədəni dəyərlər, mənəvi əlaqələr, dil və etnik yaxınlıq dayanır. Lakin bu münasibətləri daha da gücləndirən əsas amillərdən biri iki dövlət başçısı arasında formalaşmış şəxsi etimad və səmimi dostluqdır. Son illər ərzində qarşılıqlı çoxsaylı dövlət səfərləri artan dinamika ilə inkişaf edən münasibətlərin real yüksəlişindən xəbər verir. Həm Bakıda, həm də Daşkənddə imzalanan sənədlər – Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri gələcək əməkdaşlıq üçün yol xəritəsini müəyyən edir. Prezident cənab İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ilə bağlı ifadə etdiyi fikirlər isə dost ölkənin dinamik inkişafına verilən yüksək dəyərin və sarsılmaz həmrəyliyin növbəti təsdiqidir. Hər iki ölkədə həyata keçirilən islahatlar, müasirləşmə və modernləşmə prosesləri regionda yeni inkişaf modelinin formalaşdığına işarə edir.

 

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki