image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1771825956-699be5b9090f6699be5b9090f71771824569699be5b9090f4699be5b9090f5

Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik vasitə aşkarlandı

image-legitimaz-810x90

Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

İdarədən  Xeberaz.info – a verilən məlumata görə, narkotik vasitə “Sədərək” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub.

“X-ray” stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı aradırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki