image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerb-1634186056

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

image-legitimaz-810x90

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşında dönüş nöqtəsi kimi əbədi həkk olundu. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə ölkəmiz yeni siyasi və hərbi reallıq formalaşdırdı, ədalət bərpa olundu. 44 günlük müharibə zamanı Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbə vurdu, “dəmir yumruq” əzmini və gücünü bütün dünyaya göstərdi. Bu Qələbə həm də Xocalı faciəsi qurbanlarının ruhuna ehtiramın, onların qanının yerdə qalmadığının bariz ifadəsi oldu. Müzəffər Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımız mərhələli şəkildə azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. 2023-cü il sentyabrın 19–20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xocalı şəhəri separatçı qüvvələrdən tamamilə təmizləndi. Bununla da dövlət suverenliyimiz bütün ərazilərimizdə bərpa edildi. İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədalətin təntənəsini rəsmiləşdirdi. Bu hadisə Xocalının yenidən dirçəlişinin, doğma sakinlərinin öz yurdlarına qayıdışının və şəhidlərimizin xatirəsinin uca tutulmasının rəmzinə çevrildi. Beləliklə, Müzəffər Ordumuzun şücaəti nəticəsində Xocalı şəhəri yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi öz layiqli yerini aldı.

 

          Zərdab rayon Məmmədqasımlı kənd sakini -Xəqani Mansurov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki