image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-pzjhegrrqk4v

Müstəqilliyimizin ən böyük amnistiya aktı

image-legitimaz-810x90

Müstəqilliyimizin ən böyük amnistiya aktı.

Ulu babalarımız “Bağışlamaq böyük insanların hünəridir”-deyib.Müstəqil dövlətçilik tariximizə öz adını mərhəmət,humanizm və ədalət simvolu kimi yazdıran “Böyük insan”-möhtərəm prezidentimiz İlham Əliyevin siyasəti də bu deyimə əsaslanır.Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis noyabrın 5-də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etdi. Bu, Azərbaycanın tarixində tətbiq edilən ən böyük amnistiya aktıdır.Zəfər amnistiyası 17 min nəfər şəxsə şamil olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü “Konstitusiya və Suverenlik  İli” kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürməsi xalqımıza növbəti sevinc bəxş edəcək bir addım kimi dəyərləndirilməlidir. On minlərlə ailənin şadlığına səbəb olacaq bu təşəbbüs Prezident İlham Əliyevin yüksək humanizm dəyərlərinə söykənən siyasətinin daha bir təzahürüdür. Prezidentin təşəbbüsü ilə gerçəkləşdiriləcək növbəti amnistiya Azərbaycanın müstəqillik tarixinə ən böyük akt kimi düşəcək. “Konstitusiya və Suverenlik İli”ndə irəli sürülən və ali insani dəyərlərə əsaslanan bu təşəbbüs həm də vətən qarşısında borcunu layiqincə yerinə yetirən, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xidmətləri olan şəxslərin və onların yaxınlarının da bağışlanmasını özündə ehtiva etməsi ilə diqqət çəkir.  Mərhəmət və humanizm kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan Prezident İlham Əliyev ənənəvi olaraq bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır, minlərlə ailəni sevindirir.Həmişə insan hüquqlarına hörmət siyasəti nümayiş etdirən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşan Azərbaycan dövləti hüquqi islahatları dövrün tələblərinə uyğun formada daim təkmilləşdirir. Ulu öndər xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş etdirir.Hər bir azərbaycanlı müstəqil ölkənin bir vətəndaşı olaraq azadlığı haqq edir.Bir daha səhv yola düşmədən azadlığın dadını doya-doya yaşamağı arzulayıram.Həmişə evinizdə,isti ocağınızda əzizlərinizin əhatəsində olasınız,suveren Azərbaycanın azad vətəndaşları!

 

Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dərya Əhmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki