image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-amea-4

Müstəqilliyimizin bayraqdarı olan Heydər Əliyevin həyatda ən böyük qələbəsi bəlkə də xalqla və zamanla bir olmasıdır

image-legitimaz-810x90

Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev özünün çoxillik dövlətçilik fəaliyyətində elm amilinə böyük önəm vermiş, rəhbərlik etdiyi ölkəni və xalqı irəliyə doğru inkişaf etdirmək üçün elmi ideyalardan istifadə olunmasına xüsusi diqqət yetirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə elm faktorundan geniş şəkildə faydalanmışdır. Bu məqsədlə o, ilk növbədə elmin inkişaf etdirilməsinə ardıcıl surətdə qayğı göstərmiş, alimləri cəmiyyət həyatının diqqət mərkəzinə çəkmiş və onların elmi ideyalarından və cəmiyyətdəki nüfuzundan istifadə etməklə prosesləri irəliyə doğru istiqamətləndirmişdir.

Heydər Əliyev milli ideologiyanın təcəssümüdür. Onun şəxsiyyəti, fəaliyyəti, siyasi-əxlaqi keyfiyyətləri, elmi-nəzəri irsi əsil azərbaycançılıq nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini, guşə daşını qoymuşdur və indi də bu ideya bu möhkəm təməl, özül üzərində qərar tutmuşdur. Heydər Əliyev böyük hərflərlə yazılan azərbaycanlı idi. O demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam.” Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri əvəzsizdir. İstər iqtisadi, istər siyasi-hərbi-ideoloji, istər xarici və daxili, istər sosial-mədəni-mənəvi sahələrdə qazanılan uğurlar bilavasitə onun adı ilə bağlıdır.                              Ulu Öndər Heydər Əliyev həm milli dövlət müstəqilliyimizin bayraqdarı, həm də dövlət təhlükəsizliyimizin qarantı və təminatçısı olmuşdur. Müstəqilliyimizin bayraqdarı olan Heydər Əliyevin həyatda ən böyük qələbəsi bəlkə də xalqla və zamanla bir olmasıdır.  Zəmanəmizin bənzərsiz möcüzəsi sayılan Ulu Öndər Heydər Əliyevi öz sələflərindən və müasirlərindən fərqləndirən və bu farqlənmədə ona üstünlük verən cəhət  ondan ibarətdir ki, o, siyasi fikir tarixini təkcə öz möhtəşəm, öz müqəddəs adı ilə deyil, həm də özündən sanra gələcək, zəfər salnaməmizin ən parlaq səhifələrini öz əməlləri ilə zənginləşdirəcək İlham Əliyev kimi siyasi varisi siyasət arenasina çıxarmasıdır. Bu mənada dünyamızı öz dühası və fitri istedadı ilə fəth edən qüdrətli şəxsiyyət – Ulu Öndər Heydər Əliyev güclü və xoşbəxt Azərbaycan naminə zülməti işığa çevirən, məşəqqətli və ildırımlı yollardan uğurla keçən təkrarsız və bənzərsiz insandır.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki