image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bf58bdfc14409a5508112219a2f4227a

Moskvanın Bakıdan RİYAKAR tələbi – Rusiya AĞ elədi

image-legitimaz-810x90

“Bakıda saxlanılan 11 rusiyalının tezliklə azad edilməsi Rusiya və Azərbaycan münasibətlərində prioritet məsələdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyi həm məhbusların özləri, həm də onların qohumları ilə sıx əlaqə saxlayır:

“Vətəndaşlarımızın saxlanıldığı Bakı İstintaq Təcridxanasına konsulluğumuzun növbəti ziyarəti ötən ilin dekabr ayının 30-da Azərbaycan tərəfindən təmin edilib. Onların tezliklə azad edilməsi və vətənlərinə qayıtması mütləq prioritetimizdir və bu məsələni azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq. Bakının rusları azad etmək qərarı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı. Amma bir daha demək istəyirəm ki, bu, nazirliyin gündəliyindəki prioritet məsələlərdən biridir”.

Qeyd edək ki, az öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin eyni mövqeyi ifadə eləmişdi. Rusiya tərəfi az qala, hər həftə Bakıya bu tələb-çağırışı edir.

Bəs Rusiyanın raketlə vurub təyyarədə öldürdüyü vətəndaşlarımız, Yekaterinburqda vəhşicəsinə qətlə yetirilən soydaşlarımız necə olsun? Moskva nədən bu 11 nəfərin buraxılmasında neçə vaxtdır israr edir? Onlar niyə bu qədər “qiymətli” sayılırlar? Zaxarova “məsələ Rusiya üçün mütləq prioritetdir” deməklə nəyə işarə vurur? Lap tutaq, Bakı onları sərbəst buraxsa, Kreml qarşılığında hansı addım(lar)ı atacaq? Ümumiyyətlə, bu şəxslər məhkəmə hökmü olmadan Rusiyaya verilə bilərmi?

Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Rusiya üçün Bakıda saxlanılan rusların məsələsi proritet məsələdirsə, Azərbaycan üçün də prioritet məsələlər var və Azərbaycan həmin məsələləri dəfələrlə bəyan edib:

“Təyyarəmizə terror hücumunun təşkil edilməsində və həyata keçirilməsində iştirak edən şəxslərin məsuliyyyətə cəlb edilməsi, eyni zamanda azərbaycanlılara qarşı törədilən vəhiliklərlə bağlı Rusiya tərəfinin lazımi addımlar atmasını biz də özümüz üçün prioritet məsələlərdən hesab edirik. Lakin təəssüf ki, Rusiya tərəfindən qanuni və Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun mövqe görmürük. Bakıda saxlanan 11 nəfər rusiyalı qanunlara uyğun olaraq saxlanılır. Azərbaycan hüquqi dövlətdir və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq kimsə burada qanunları pozubsa və cinayət törədibsə qanun qarşısında məsuliyyətə cəlb edilməsi birmənalıdır. İstintaq aparılır, əgər məhkəmə istintaqı zamanı saxlanan şəxslərin cinayəti sübuta yetirilirsə müvafiq cəzalarını alırlar. Bundan sonra həmin şəxslər cəzalarını öz ölkələrində çəkmık üçün eksradisiya oluna bilərlər. Bu qayda rusiyalı şəxslərə də aiddir. Azərbaycanla Rusiya arasında ekstradisiya haqqında imzalanmış qanunlar da var. Bu qanuna və normativ aktlara uyğun olaraq həmin şəxslərin gələcəkdə cəzalarını Rusiyada çəkməsi üçün göndərilməsi mümkündür. Qanun bunu qadağan etmir. Necə ki, Şəhidlər Xiyabanındakı təhqiramiz hərəkətlərinə görə məhkəmə qərarı ilə cəzlandırıdılar və onlar sonra öz ölkələrinə ekstradisiya olundular”.

Xəyal Bəşirov yazır: İran Azərbaycanı təbrik etmək üçün nəyi gözləyirdi? »  Newscenter.az

Ekspertin sözlərinə görə, Azərbaycan rusiyalı şəxsləri də gələcəkdə öz ölkələrinə ekstradisiya edə bilər, amma bu o demək deyil ki, Azərbaycan bunu Rusiyanın tələbinə görə edir:

“Azərbaycan atdığı bütün addımları qanunlara uyğun atır. Lakin Rusiya Azərbaycanın təyyarə hadisəsi ilə bağlı, Yekateruburqda azərbaycanlılara qarşı törədilmiş hadisə ilə bağlı gözləntilərinə cavab verməlidir. Eyni zamanda Rusiyada Azərbaycana qarşı əsassız fəaliyyət göstərən qrupların fəaliyyətinin qarşısı alınmalıdır. Əks təqdirdə birtərəfli qaydada addım atılması mümkün olmaz, mümkün olsa belə proseslərə müsbət təsir göstərə bilməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki