image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-amea-1

Minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır və geri dönərək ölkəmizin elmi potensialını gücləndirir

image-legitimaz-810x90

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev geniş məzmunlu çıxış etdi. Mən bu çıxışı dinləyərkən bir daha əmin oldum ki, ölkəmizdə elmə və alimlərə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident əvvəlcə AMEA-nın bütün kollektivi və Azərbaycan alimlərini yubiley münasibətilə təbrik etdi. O, akademiyanın 80 il ərzində keçdiyi böyük və şərəfli yoldan danışaraq qeyd etdi ki, elmi potensial hər zaman ölkənin inkişafının təməl dayaqlarından biri olub.

Çıxışında Ulu Öndər Heydər Əliyevin elmə göstərdiyi diqqət və qayğı xüsusi vurğulandı. Prezident bildirdi ki, bu gün də həmin siyasət uğurla davam etdirilir, alimlərin fəaliyyəti dövlət səviyyəsində dəstəklənir. Bu fikirlər bir daha göstərdi ki, ölkəmizdə elmin inkişafı yalnız keçmişə hörmətlə deyil, həm də gələcəyə inamla bağlıdır.

Mənim üçün maraqlı məqam odur ki, çıxışda gənclərin elmə cəlb olunması xüsusi yer tuturdu. İlham Əliyev qeyd etdi ki, minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır və geri dönərək ölkəmizin elmi potensialını gücləndirir. Bu, həm elmimizin beynəlmiləlləşməsi, həm də gələcək nəsillərin bilikli formalaşması baxımından mühüm addımdır.

Prezident həmçinin AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsindən, yeni elmi binaların və kitabxanaların istifadəyə verilməsindən danışdı. Bu sözlərdən hiss olunurdu ki, dövlət elmi yalnız mənəvi deyil, real, praktiki dəstəklə də təmin edir.

Çıxışda milli kimlik və dil məsələsinə də toxunuldu. İlham Əliyev vurğuladı ki, millətin öz dili və kimliyi onun varlığının əsasıdır, alimlər bu istiqamətdə daha fəal olmalıdırlar. Məncə, bu çağırış bu günün qlobal çağırışları fonunda çox önəmlidir.

Prezident həmçinin qeyd etdi ki, müasir dövrdə elmin əsas istiqamətləri dəyişib — artıq süni intellekt, yüksək texnologiyalar və innovativ tədqiqatlar ön plana çıxır. Buna görə də Azərbaycan elmi bu tendensiyalara uyğun inkişaf etməli, dünya elmi məkanında öz mövqeyini möhkəmləndirməlidir.

Sonda Prezident Azərbaycan elminin qarşısında duran yeni vəzifələrdən danışdı — süni intellekt, yüksək texnologiyalar və innovasiyalar sahəsində fəallığın artırılmasını vacib saydı. Bu, elmi gələcəyə yönəlik baxışın bir ifadəsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu nitqi ilə həm keçmişə dəyər verdi, həm bu günü qiymətləndirdi, həm də elmimizin gələcək istiqamətlərini aydın şəkildə göstərdi.

 

Rəmzi Şirinov – Zərdab rayon M.Müşfiq adına Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki