image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e4d0033a-60c3-43b3-93be-45efa8e2debc

Millət vəkili Jalə Əliyeva gənc idmançı ilə görüşdü – FOTOLAR

image-legitimaz-810x90

Milli Məclisin deputatı Jalə Əliyeva Alpaqut Turan Döyüş Sənəti üzrə keçirilən Çempionatlarda dəfələrlə 1, 2 ,3 -cu  yerlərə yüksələn, Zərdab şəhər Həzi Aslanov adına 3 – nömrəli tam orta məktəbin lX- cu sinif şagirdi Eminli Raqif Pərviz oğlunu qəbul edib.

“Xeberaz.info” xəbər verir ki, millət vəkili qazandığı qələbə münasibətilə gənc idmançını təbrik edib, bir ölkənin idmançısı kimi onun şanlı bayrağını yüksəklərdə dalğalandıran, qürür mənbəyi, fəxri kimi istər Zərdablıları, istərsə də bütün Azərbaycan xalqını sevindirdiyini diqqətə çatdırıb.

Deputat Jalə Əliyevanın sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən idmanın inkişafı üçün hər çür imkan və şəriat yaradılıb. Bütün maddi-texniki baza gənclərin istifadəsinə verilib. Gənclər bundan səmərəli yararlanmalıdır. İdman elə bir fəaliyyət növüdür ki, burada güclü olan qalib gəlməlidir, burada daim haqq, ədalət zəfər çalmalıdır.

Jalə Əliyeva ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğısından danışıb. Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, bölgələrdə idmanın inkişafı və gənclərin bu sahəyə cəlb olunması dövlətin diqqət mərkəzindədir.

Gənc idmançı səmimi qəbula görə Millət vəkilinə təşəkkür edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Vüqar Rəhimov

image-2593d763-7d5d-42ad-874c-7b9e2cbfce61image-e4d0033a-60c3-43b3-93be-45efa8e2debcimage-908be167-d9bf-4935-9a79-f0b3c2afa93aimage-589ce909-f020-43ce-93db-ae7e5763d08bimage-2f4346a2-9241-4b94-a169-16f85233ebcfimage-f8823a68-e307-49f7-899f-71827cad1613image-4bd4013c-47f5-4026-a204-be5c091bf0efimage-a2b6cd88-99fe-4ae0-9f75-47309f7f4c59image-e693cc18-66ef-4e0c-943f-b692f363ac54image-151a80c6-c79a-48ae-8830-048d10726870image-8fc532d7-b9ea-495d-b490-450d7a767066

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki