image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-563510230_1360465325433242_3979345284009683764_n

Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi özündə mühüm məqamları ehtiva etdi

image-legitimaz-810x90

Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi özündə mühüm məqamları ehtiva etdi

Dövlət başçısı İlham Əliyev bu günlərdə Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Birliyin həyatında əlamətdar hadisələrə diqqəti yönəltdi. “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” söyləyən cənab İlham Əliyev  Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi.  Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.

Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri bütün azad edilmiş ərazilərimizi əhatə edir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq 6 şəhər, onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Onların sırasında Laçın şəhərinin, Zabux və Sus kəndlərinin   də olması qısa müddətdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev 2023-cü il 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan sakinlərlə görüşündə  bu məqamı xüsusi qeyd etmişdir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra  demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi özündə mühüm məqamları ehtiva etdi. Bu qərarla MDB-yə üzv ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər.

Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında Birliyin həyatında daha bir mühüm hadisəyə diqqəti yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində  III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.


Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki