image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-597368248_1407866160693158_4323740306737200515_n

Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar

image-legitimaz-810x90

Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar

Prezident cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib. Prezident cənab İlham Əliyevin geniş tərkibdə görüşdə qeyd etdiyi kimi, əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin Baş nazirin müavini və müdafiə naziri Kalinyaka ötən ay ölkəmizdə keçirilən hərbi paradda iştirak etdiyinə görə minnətdarlığını bildirən Prezident cənab İlham Əliyev onu da vurğuladı ki, biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.

Slovakiya-Azərbaycan əməkdaşlığının regionun inkişafına töhfələrindən də geniş bəhs edib. Vurğulayıb ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas istiqamətlərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Azərbaycan və Slovakiya prezidentlərinin həm təkbətək və geniş tərkibdə görüşlərində, həm də mətbuata birgə bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Slovakiya Prezidentinin “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq. Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki