image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-556363454_1351873789625729_3178516922644058853_n

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir

image-legitimaz-810x90

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir

Azərbaycan-İtaliya münasibətləri bu gün, sadəcə, enerji və iqtisadi maraqların təminatı ilə məhdudlaşmır. Bu əməkdaşlıq həm Avropanın enerji təhlükəsizliyinə, həm də Cənubi Qafqazda sabitliyə töhfə verən mühüm balanslaşdırıcı mexanizmə çevrilib. İki ölkə arasındakı tərəfdaşlıq model xarakteri daşıyır. Strateji sənədlərdən real layihələrə, enerjidən təhsilə, siyasətdən mədəniyyətə qədər geniş spektri əhatə edən əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də əlavə güc verir. Azərbaycan-İtaliya tərəfdaşlığı bu gün həm region, həm də qlobal miqyasda dayanıqlı əməkdaşlığın nümunəsi kimi çıxış edir və gələcəkdə daha iri inteqrasiya layihələrinə yol açır.

Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də regional və qlobal səviyyədə strateji tərəfdaşlığın uğurlu modelinə çevrilib, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri, sənaye və mədəni layihələr xalqlar arasında əlaqələrin güclənməsinə xidmət edir. Bu zəncirin ən mühüm həlqəsi isə Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis olunmasıdır. Bu gün – oktyabrın 1-də Prezident cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan Prezident Sercio Mattarellanın iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Bu universitet yalnız müasir biliklərin ötürülməsi üçün platforma deyil, həm də gələcəkdə iki ölkənin “xalq diplomatiyasını” həyata keçirəcək mütəxəssislərin yetişdirilməsi baxımından strateji investisiyadır.

 

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki