image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4-1

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir

image-legitimaz-810x90

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir

Xocalı şəhərinin işğalı təkcə bir yaşayış məntəqəsinin hərbi nəzarət altına düşməsi deyildi, bu, bütöv bir şəhər həyatının, sosial infrastrukturun və mədəni irsin sistemli şəkildə məhv edilməsi idi. İşğal nəticəsində şəhərdə mövcud olan 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmış, Xocalı faktiki olaraq xarabalığa çevrilmişdir. Bu dağıntılar şəhərin iqtisadi, təhsil və mədəni həyatını tamamilə iflic vəziyyətinə salmış, əhalinin normal yaşayış şəraitini aradan qaldırmışdır. Vandalizm aktları təkcə müasir tikililərlə məhdudlaşmamış, eyni zamanda şəhərin tarixi yaddaşına qarşı yönəlmişdir. XIV–XV əsrlərə aid türbələr, günbəzlər və qədim məzarlar yerlə-yeksan edilmiş, qəbiristanlıqlar vəhşicəsinə dağıdılmışdır. Bu faktlar göstərir ki, məqsəd yalnız ərazini ələ keçirmək deyil, həm də həmin torpaqlarda xalqımızın izlərini silmək, mədəni və tarixi irsi məhv etmək olmuşdur. Xocalının taleyi işğalın ağır nəticələrinin bariz nümunəsidir. Dağıdılmış hər bina, məhv edilmiş hər tarixi abidə beynəlxalq hüququn, humanitar prinsiplərin və mədəni irsin qorunması ilə bağlı normaların kobud şəkildə pozulmasının sübutudur. Bu faktların sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması ədalətin bərpası və tarixi həqiqətlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Zərdab rayon Məmmədqasımlı kənd ağsaqqalı Nazim Həmidov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki