image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1758746067-default

İran heç vaxt işğalçının qarşısında diz çökməyəcək – Pezeşkian

image-legitimaz-810x90

İslam Respublikası heç vaxt təcavüzkarın qarşısında diz çökməyəcək.

“Xeberaz.info” xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında deyib.  O, Tehranın heç vaxt nüvə silahı yaratmaq məqsədi daşımadığını vurğulayıb və Aİ3-ün – Böyük Britaniya, Fransa və Almaniyanın ölkəyə qarşı beynəlxalq sanksiyaları bərpa etmək qərarını qeyri-qanuni adlandırıb.

Pezeşkianın sözlərinə görə, İsrail və ABŞ-ın İrana qarşı son zərbələri Yaxın Şərqdə sabitliyin təmin edilməsi səylərini sarsıdıb. Prezident qeyd edib ki, təhlükəsizlik güc yolu ilə deyil, qarşılıqlı hörmətlə əldə edilir və ölkələr bir-birini dinləməlidir.

Avqustun 28-də Aİ3 BMT Təhlükəsizlik Şurasına 2015-ci il nüvə sazişi ilə İrana qarşı ləğv edilmiş sanksiyaları bərpa etmək mexanizmini işə saldığı barədə məlumat verib. Sentyabrın 19-da Təhlükəsizlik Şurası 27 sentyabrdan sonra məhdudiyyətlərin bərpasına səbəb olacaq sanksiyaların bərpa olunmaması ilə bağlı qətnaməni rədd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki