İpək Yolunun Yeni Ahəngi: İlham Əliyevin UzA-ya Səsləndirdiyi Baxışlar
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikirləri də qeyd edilənləri bir daha təsdiq edir.
İşğaldan azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin yaxından iştirakı, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Ağdamda Manas məktəbinin fəaliyyət göstərməsi, Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzi olan məscidin tikintisi, Özbəkistan şirkətinin iştirakı ilə Xankəndidə toxuculuq fabrikinin açılışı və s. özbək, qazax, qırğız və türkmən qardaşlığının – TÜRK BİRLİYİNİN bir nümunəsidir. Azərbaycanla Mərkəzi Asiya ölkələrini tarixi köklər, çoxşaxəli əlaqələrlə yanaşı, həm də nəqliyyat-kommunikasiya yolları birləşdirir. Beynəlxalq ticarət dövriyyəsində həlledici rol oynayan irimiqyaslı nəqliyyat layihələri nəinki regional və qlobal tərəqqiyə təkan verir, eyni zamanda dünyada resursların ədalətli bölgüsünü təmin etmək kimi bir sülh, əmin-amanlıq, yüksək rifah amilinə çevrilib. Bu baxımdan da, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə də səsləndiyi kimi, nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi, regional və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritetlər kimi qəbul edilir.
Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının prioritetləridir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə inkişaf perpektivlərini daha da gücləndirəcək. İlk dövrlərdə 15 milyon tona yaxın yükaşırma qabiliyyətinə malik Zəngəzur dəhlizi həm daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, həm də TDT üzvləri arasında birbaşa bağlantını təmin etməklə strateji əhəmiyyət daşıyacaq.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru























