image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham

İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub

image-legitimaz-810x90

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.  Soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib.

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir. Ölkəmizin başçısı Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.

Azərbaycan regionda sülhün, əmin-əmanlığın bərəqrar olunması üçün gərəkli addımlar atır. Ermənistan da ölkəmizlə münasibətləri normallaşdırmaq, sülh prosesini irəli aparmaq üçün ciddi səy göstərsə digər məhduddiyyətlər də aradan qalxacaq. Ən əsası odur ki, artıq Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra regionda sülh və etimad mühitinin formalaşdırılması istiqamətində mühüm bir mərhələ başlayıb. Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masanın keçirilməsi bu istiqamətdə atılan ilkin addımlardan biridir.

İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub. Bu torpaqlarda azərbaycanlılar min illərlə yaşayıblar. Ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən, xüsusilə burada Ermənistan adlı dövlət qondarıldıqdan sonra zaman-zaman soydaşlarımızın tarixi torpaqlarından qovulması hakmiyyət orqanlarının kütləvi qırğınlar törətməsi ilə xarakterizə olunan uzun və ağrılı bir proses olub. Ulu babalarımızın həmin ərazilərdə yaratdığı mədəni-mənəvi dəyərlər də vandalizmə məruz qalıb.

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında bildirib ki, azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar: “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki