image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-u7axqpbfofccsbs1hlvmxyyuepmyvsef2kwdfrnu

İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib

image-legitimaz-810x90

İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib.

Prezident cənab İlham Əliyevin 2025-ci ilin yekunlarına dair müsahibəsində Azərbaycanın müasir inkişaf mərhələsinin əsas siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini sistemli şəkildə əks etdirən mühüm tezis xarakteri daşıyır. Müraciətdə ötən il ərzində əldə olunmuş nailiyyətlərə diqqət çəkilməklə yanaşı, eyni zamanda ölkənin gələcək inkişaf istiqamətləri və strateji hədəfləri aydın şəkildə ifadə olunur. Cənab Prezident müsahibəsində 2025-ci ilin Azərbaycan üçün ümumilikdə uğurlu il olduğu qeyd edilərək, xalqımızın sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşadığı vurğulanır. Həqiqətən də, bu qiymətləndirmə ölkədə daxili sabitliyin qorunmasını, ictimai-siyasi mühitin dayanıqlılığını və dövlət idarəçiliyinin effektivliyini əks etdirir.  Zəfərin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin son illər ərzində keçdiyi inkişaf yolunu nümayiş etdirib. Cənab Prezident qeyd etdiyi kimi, son beş il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni silah və texnikanın istismara verilməsi, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması nəticəsində Azərbaycan Ordusu bu gün istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Xüsusi təyinatlı qüvvələrin sayının artırılması və komando qüvvələrinin formalaşdırılması ordunun döyüş qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bununla yanaşı, cənab Prezident Azərbaycanın hərbi siyasətinin müdafiə xarakteri daşıdığını xüsusi vurğuladı. Dövlət başçısının sözlərinə görə, biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Eyni zamanda müraciətdə qeyd olunur ki, müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarının effektiv işləmədiyi, qlobal miqyasda silahlanma prosesinin genişləndiyi bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini təmin etməlidir. Bu kontekstdə Azərbaycanın güclü orduya malik olması milli təhlükəsizliyin əsas təminatçısı kimi dəyərləndirilir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri əldə edilmiş zəfərin beynəlxalq-siyasi müstəvidə möhkəmləndirilməsi olub: “Bu istiqamətdə aparılan ardıcıl siyasət nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mandat verilmiş, lakin səmərəli fəaliyyət göstərməmiş Minsk qrupu və əlaqəli orqanların ləğv edilməsi və Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxarılması məhz bu siyasətin məntiqi nəticəsidir. Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün təmin olunmasında maraqlı olduğunu bəyan edib və Ermənistana sülh təşəbbüsü ilə çıxış edib. Prezident cənab İlham Əliyev bu mövqeni belə ifadə edir: “Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur”. Ermənistanla paraflanmış sülh müqaviləsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaradılması baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki