image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577556171_1385034626309645_6440075327099907849_n

“İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi”

image-legitimaz-810x90

“İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi”

İkinci Qarabağ müharibəsi  Azərbaycan tarixində yalnız hərbi qələbə deyil, həm də milli həmrəyliyin və xalq birliyinin ən parlaq nümunəsi kimi yadda qalmışdır. Bu müharibə zamanı xalq, ordu və dövlət arasında yaranan möhkəm birlik ölkənin siyasi və mənəvi gücünün əsas göstəricisinə çevrildi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar xalqın inamını daha da artırdı, milli birliyin real gücə çevrildiyini sübut etdi. Cəmiyyətin bütün təbəqələri – könüllülər, gənclər, diaspor nümayəndələri və hər bir vətənpərvər insan – eyni amal uğrunda birləşdi. Bu birlik “dəmir yumruq” rəmzində öz simvolik ifadəsini taparaq, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yol açdı. Müharibə dövründə və ondan sonrakı mərhələdə yaranan milli həmrəylik ruhu Azərbaycan cəmiyyətinin inkişafının əsas mənəvi dayağına çevrildi. Azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bu birliyin davamlı xarakter daşıdığını göstərir.

Nəticə etibarilə, İkinci Qarabağ müharibəsi Azərbaycanın milli birliyini möhkəmləndirən, xalqın iradəsini və dövlətin gücünü bir daha nümayiş etdirən tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu həmrəyliyin qorunması gələcək nəsillər üçün ən böyük mənəvi mirasdır.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal -Ziya Tağızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki