image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbaijan-travel

Hüquqi dövlət

image-legitimaz-810x90

Hüquqi dövlət.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həmin ilin oktyabrın 3-də seçicilərin böyük səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Ulu Öndər qısa zamanda Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.  Müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə respublika ərazisində baş qaldımış silahlı cinayətkar dəstələr Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra qısa zaman ərzində zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyillərə son qoyuldu. Həmçinin təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.

Ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə mühüm islahatlara başladı. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Bir sözlə, ölkədə “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş oldu. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan 1995-ci il Konstitusiyası ölkəmizin demokratik inkişaf yolunu müəyyən etdi, hüquqi dövlət quruculuğu prosesinə start verdi. Cinayətkarlığa qarşı barışmaz mübarizə, iqtisadi islahatlar, sabitliyin bərqərar olunması dövlətin dayanıqlı inkişafını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki