image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-pozitiv1

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

image-legitimaz-810x90

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

 

Müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə humanizm, sosial ədalət və insan amilinə əsaslanan idarəetmə fəlsəfəsi üzərində qurulmuşdur. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan dayanır. Vətəndaş rifahının yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi, ədalətli cəmiyyətin formalaşdırılması və mərhəmət prinsiplərinin qorunması Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas ideoloji dayaqlarından biridir.

Humanizm anlayışı yalnız mənəvi dəyər kimi deyil, eyni zamanda dövlət idarəçiliyinin praktik aləti kimi çıxış edir. Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətində humanizm sosial siyasətdə, iqtisadi inkişaf strategiyasında, hüquq-mühafizə və cinayət-hüquq sistemində ardıcıl və sistemli şəkildə öz əksini tapır. Bu yanaşma Azərbaycan dövlətini təkcə güclü deyil, həm də ədalətli və sosial məsuliyyətli dövlət kimi formalaşdırır.

Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin əsas məqsədi vətəndaşların rifahının təmin edilməsidir. Sosial ədalət prinsipi cəmiyyətin bütün təbəqələrinə bərabər imkanların yaradılmasını, hüquq və azadlıqların qorunmasını, zəif təbəqələrin müdafiəsini nəzərdə tutur.

Son illərdə həyata keçirilən sosial islahatlar — pensiya və sosial müavinətlərin artırılması, minimum əməkhaqqının dəfələrlə yüksəldilməsi, şəhid ailələri və qazilərə dövlət qayğısının gücləndirilməsi — humanizm siyasətinin real nəticələridir. Bu siyasət göstərir ki, dövlət üçün iqtisadi göstəricilər qədər insan taleyi də prioritetdir.

Humanizm burada yalnız mərhəmət deyil, eyni zamanda sosial məsuliyyət, ədalət və hüquqi bərabərlik anlayışları ilə tamamlanır.

Humanizmin dövlət siyasətində mühüm istiqamətlərindən biri də cinayət-hüquq siyasətinin formalaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar cəzanın məqsədinin yalnız cəzalandırmaq deyil, həm də islah etmək, tərbiyə etmək və cəmiyyətə reinteqrasiya etmək olduğunu təsdiqləyir.

Azərbaycanın suverenliyinin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması Prezident cənab İlham Əliyevin liderliyi ilə əldə edilmiş tarixi nailiyyətdir. Lakin qalib dövlətin əsas fərqi ondan ibarətdir ki, o, gücünü yalnız hərbi və siyasi imkanlarda deyil, mənəvi üstünlükdə də nümayiş etdirir.

Humanist cinayət-hüquq siyasəti qalib dövlət modelinin ayrılmaz hissəsidir. Bu siyasət göstərir ki, Azərbaycan dövləti güclü olduğu qədər də ədalətlidir, sərt olduğu qədər də mərhəmətlidir. Bu yanaşma beynəlxalq aləmdə Azərbaycanın hüquqi və humanist dövlət imicini daha da möhkəmləndirir.

Cinayət-hüquq siyasətində humanist yanaşmanın əsas məqsədi cəmiyyətin sağlamlaşmasına xidmət etməkdir. Cəzadan azad edilən və ya cəzası yüngülləşdirilən şəxslərin sosial həyata qayıtması ailə institutunun möhkəmlənməsinə, sosial gərginliyin azalmasına və ictimai münasibətlərin normallaşmasına şərait yaradır.

Bu, eyni zamanda penitensiar sistemin humaniləşdirilməsi, resursların daha səmərəli istifadəsi və islah proseslərinin keyfiyyətinin yüksəldilməsi deməkdir. Dövlətin insana verdiyi bu etimad, əksər hallarda, qarşılıqlı məsuliyyət hissi formalaşdırır.

Humanizm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Bu siyasətin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Cinayət-hüquq siyasətində humanizmin əsas prinsip kimi qəbul edilməsi müasir Azərbaycan dövlətçiliyinin yüksək mənəvi və hüquqi səviyyəsini nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu yanaşma sübut edir ki, Azərbaycan dövləti yalnız güclü və qalib deyil, eyni zamanda ədalətli, mərhəmətli və humanist dövlətdir. Bu isə cəmiyyətin davamlı inkişafının, hüquqi sabitliyin və sosial harmoniyanın ən möhkəm təminatıdır.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki