Holokost soyqırımına bənzəyən Xocalı faci
Hər il 26 Fevral tarixində Azərbaycan xalqı XX əsrin ən ağır faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarını dərin hüznlə anır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam tarixə qanlı səhifə kimi yazıldı. Qadınlar, uşaqlar, qocalar – yüzlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Bu faciə miqyası və mahiyyəti etibarilə bəşəriyyət tarixində xüsusi qəddarlığı ilə seçilən Holokost ilə müqayisə olunur. Holokost zamanı milyonlarla yəhudi milli və dini mənsubiyyətinə görə sistemli şəkildə məhv edilmişdi. Xocalıda da insanlar yalnız azərbaycanlı olduqlarına görə hədəfə alınmış, etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdilər. Hər iki hadisə insanlığa qarşı törədilmiş ağır cinayət kimi yadda qalıb. Xocalı faciəsi təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşında sağalmaz yara açdı. Bu hadisə beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə pozulmasının bariz nümunəsidir. Dünya ictimaiyyətinin belə faciələrə hüquqi-siyasi qiymət verməsi və gələcəkdə oxşar cinayətlərin qarşısının alınması üçün birlik nümayiş etdirməsi vacibdir.
26 Fevral – Xocalı soyqırımı günü biz yalnız keçmişi anmırıq, həm də ədalətin bərqərar olunacağına ümidimizi ifadə edirik. Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və bu faciə heç zaman unudulmayacaq.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov






















