image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5d987780a9c6e8ac2db50814b5c0f690

Hərbi paraddan “üzüqara” çıxan ölkələr – Fransa yenə ön sırada

image-legitimaz-810x90

Möhtəşəm hərbi parad dosta güvən, düşmənə göz dağı oldu

Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçirilən möhtəşəm parad dost və düşmənlərimizin sırasını bir daha dəqiqləşdirdi. Bunu tədbirə qatılan və onu izləyən ən yüksək səviyyəli qonaqlar və Bakıdakı diplomatik korpusun nümayəndələrinin təmsil etdikləri ölkələrin siyahısına nəzər salmaqla söyləmək olar.

Qardaş Türkiyə və Pakistan rəhbərləri ilə yanaşı bəzi ölkələrin səfirləri, hərbi attaşeləri paradı canlı izlədi. Lakin bəzi ölkələr rəsmi dəvətə rəğmən, tədbirə nə səfir, nə də hərbi attaşe göndərdi. Onların arasında Fransa, Niderland, Avropa İttifaqı da var.

Fransa ilə münasibətlərin “donu” təzə-təzə açılmağa başlamışdı. Yeni səfir Sofi Laqut da Bakıya ayaq basar-basmaz bəyan etmişdi ki, əsas hədəflərdən biri iki ölkə arasında əlaqələri normal məcraya qayıtmasına töhfə vermək olacaq. O, həmçinin Azərbaycan dilini öyrənməyə başladığını söyləmişdi.

Paris köhnə mövqeyinə qayıdır?

Region mediası faktiki olaraq ölmüş sayıla bilər" - Azər Həsrət | Modern.az

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Fransa səfirinin Bakıda keçirilən hərbi paradı izləmək istəməməsində təəccüblü heç nə yoxdur: “Fransa dövləti nə qədər üzümüzə gülsə də, xislətini dəyişməyib və dəyişməyəcək. Onlar həmişə Ermənistanın və ermənilərin tərəfində olublar. Bundan sonra da belə davam edəcəklər. Azərbaycanla hesablaşmaq məcburiyyətində qalmaqlarına baxmayaraq, yenə də öz əməllərindən əl çəkən deyillər. Fransa, Niderland kimi mövqeyi bu cür olan ölkələrin təmsilçilərinin Azərbaycanın Zəfər Günündə keçirilən hərbi paradda iştirak etməməsindən biz heç nə itirmədik. Əksinə, kimlərin bizə dost olmadığını bu hadisə bir daha ortaya çıxardı. Bu möhtəşəm hərbi parad dosta güvən, düşmənə göz dağı oldu. Bizi istəyənlər buna çox sevindilər, istəməyənlər isə çox üzüldülər. Üzülənlər arzu etməzdilər ki, Azərbaycan bu qədər böyük qüdrətə sahib olsun. Amma onların bizim paradımıza gəlib-gəlməməsi heç nəyi dəyişmir. Azərbaycan dövləti öz doğru bildiyi, milli maraqlara əsaslanan yolda davam və inkişaf edir, öz hərbi qüdrətini artırır. Azərbaycan dövləti gələcəyini təminat altına almaq üçün bütün lazımi addımları atır, üstəlik də beynəlxalq platformalarda, qlobal səviyyədə biz sözümüzü deyirik. Hətta dünyanın bir nömrəli gücü olan ABŞ artıq Azərbaycanla hesablaşır, sayğılı yanaşır. Ona görə də Fransa kimi ikinci sırada olan dövlətlərin bizə münasibəti bizə o qədər əhəmiyyətli deyil”.

Siyasi şərhçi qeyd etdi ki, əgər onlar yenə də əvvəlki qaydada davam edəcəklərsə itirən tərəf özləri olacaqlar: “Azərbaycan bunu Fransaya göstərib. Fransa da bunu əməlli-başlı hiss edib. Mən dənizaşırı müstəmləkə torpaqlarındakı hadisələrlə bağlı bunu qeyd edirəm. Yəni bilirsiniz ki, Azərbaycan tərəfindən edilən təşəbbüslər nəticəsində Fransanın hələ 21-ci əsrdə belə davam edən müstəmləkəçilik siyasətinin eybəcərlikləri qlobal səviyyədə gündəmə gətirilib. Düşünürəm ki, Fransada dövlət idarəçiləri bundan nəticə çıxarmalıydılar. Görünür, nəticə çıxarmayıblar. Çıxarmayıblarsa da qprxusu yoxdur, necə deyərlər, “ağa durur, ağacan durur”, biz öz yolumuzdayıq, bizim edə biləcəklərimiz hələ çoxdur”.

Ilyas Huseynov deputatliga namized olacaq? - AÇIQLAMA

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Azərbaycanda keçirilmiş öz əzəməti və möhtəşəmliyi ilə diqqət çəkdi: “Vətən müharibəsində tarixi qələbəmizin 5 illiyinə həsr olunmuş hərbi paradda bir sıra ölkələrin liderləri və yüksək vəzifəli şəxsləri iştirak etdi. Təəssüflər olsun ki, rəsmi dəvət göndərilməsinə rəğmən bəzi ölkələr ölkəmizin həyatında mühüm tədbir olan hərbi parada qatılmadılar. Onların arasında Fransanın da olması gözlənilən idi. Bu, ölkəmizin düşüncə mərkəzləri üçün mühüm təhlil materialına çevrilə bilər. Çünki belə çıxır ki, qeyd etdiyiniz həmin geosiyasi mərkəzlər və qələbəmizi həzm etməyən paytaxtlar bu paradı öz aləmlərində “iqnor” edir. Bununla da hələ də gərginlik, revanşizm, eskalasiya üçün əsaslar yaratmağa çalışırlar. Lakin qeyd etmək istəyirəm ki, Avropa Siyasi İcmasının Kopenhagendə keçirilən zirvə toplantısında Azərbaycan Prezidenti ilə Fransanın və Niderlandın nümayəndə heyətləri görüşdülər. Niderlandın baş naziri və Fransanın prezidenti Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması münasibətilə müsbət fikirlər ifadə etdilər”.

Ekspertin sözlərinə görə, indi belə görünür ki, əməli-praktiki işdə sülhə dəstək nümayiş olunmur: “Bu dövlətlər riyakar siyasətini, ikiüzlü mövqeyini davam etdirirlər. Yüksək bəyanatlar formasında sülhü dəstəklədiklərini bildirsələr də sülh münasibətilə təşkil olunmuş mötəbər tədbirdə təmsil olunmaqdan yayınırlar. Hesab edirəm ki, onların bu paradda iştirak edib-etməməsindən asılı olmayaraq Azərbaycan öz gücünü, qətiyyətini, müasir silahlarını, texnikalarını nümayiş etdirdi. Bütün sülh istəməyən güc mərkəzləri bu paraddan öz payını aldılar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki