Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb
Qarabağda lokal xarakterli antiterror tədbirlərinin aparılması Azərbaycan Respublikasının konstitusion hüququdur. Dövlətimizin, eləcə də Qarabağda erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün antiterror tədbirlərinin keçirilməsi zərurətə çevrilmişdir. Prezident İlham Əliyev Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradıldığını vurğulayıb: “O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir”. Ümumiyyətlə, Azərbaycan birgəyaşayış, tolerantlıq baxımından dünyaya model olan dövlətdir. Əsrlərdir bu diyarda qeyri-azərbaycanlılar da azad və sərbəst şəkildə yaşayırlar. Onlar da Azərbaycanın haqq savaşında mübarizəyə hər zaman qoşulurlar. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir: “Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq”. Azərbaycanda bu həmrəylik mühiti aparılan dövləti siyasətinin müsbət nəticəsidir. Bir günlük antiterror tədbirləri zamanı Azərbaycandakı bütün millətlərin nümayəndələri, etnik qrupların üzvləri də narahatlıq keçirdilər. Hətta Azərbaycanın Rus İcması bəyanat yaydı. Bəyanatda Azərbaycanın Rus İcması Prezident, Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Qarabağda uğurlu antiterror tədbirlərinin keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib: “Biz, Azərbaycanın rus əhalisi, göstərilən mətanət, müdriklik və sonunadək qələbə əzminə görə Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini