image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-16753165063309457971_1200x630

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb

image-legitimaz-810x90

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb

Bu gün Tam əminliklə və böyük qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri kimi, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi dövlətin xüsusi diqqət mərkəzindədir. 2003-cü ildən respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Ulu Öndər Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün inamla həyata keçirdiyi uğurlu dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradıb. Cənab Prezident gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını sübut edir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Cənab Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi də bu qayğının növbəti bariz təzahürü oldu. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Yenə də gənclərimizin hərtərəfli inkişafının və onların karyera yüksəlişlərinin təmin olunması məqsədilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Bu gün artıq respublikanın şəhər və rayonunda Mərkəzin nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər. Heç şübhəsiz 2020-ci ildə və 2023-cü ildə tarixi missiyanı həyata keçirən qəhrəman Azərbaycan gəncləri tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərərək öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki