image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-16753165062040046752_1200x630

Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsi

image-legitimaz-810x90

Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsi.
“Yüksəliş” müsabiqəsi – bu, Azərbaycanın idarəetmə konsepsiyası və kadr siyasətinin gücləndirilməsinə xidmət edən prestijli müsabiqədir. Dövlət səviyyəsində təşkil olunan və idarəetmə, intellektual bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıyan bu müsabiqə ölkədə yeni nəsil rəhbər və liderlərin yetişdirilməsi üçün əsas platformalardan biridir. Müsabiqə açıq şəkildə təşkil edilir və müxtəlif sahələrdən iştirakçılara müraciət imkanı yaradır. “Yüksəliş” müsabiqəsi 26 iyul 2019 cu il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. Məqsəd – yüksək idarəetmə keyfiyyətinə malik perspektivli şəxsləri müəyyən etmək, onları dəstəkləmək və ölkədə kadr ehtiyatı bankı yaratmaqdır. Bu müsabiqə idarəetmə bacarığı və intellekt səviyyəsi yüksək olan namizədləri bir araya gətirir və onlara peşəkar inkişaf, təcrübə mübadiləsi və liderlik bacarıqlarını artırmaq üçün geniş imkanlar yaradır. Müsabiqədə iştirak 21–51 yaş arasında olan, ali təhsilli və ən az 2 il idarəetmə təcrübəsi olan Azərbaycan vətəndaşları üçün açıqdır. Namizədlər bir neçə mərhələdən keçir: qeydiyyat, onlayn seçim, üzbəüz seçim, yarımfinal və final. Bu mərhələlər iştirakçılara yalnız rəqabət üçün meydan vermir, həm də onların real idarəetmə problemlərini həll etmə bacarıqlarını sınaqdan keçirir. “Yüksəliş” müsabiqəsi böyük miqyaslı layihədir və geniş kütlənin diqqətini çəkir. 2023 cü ildə müsabiqəyə təxminən 12 500 iştirakçı qoşulmuşdur, bu da onu ölkənin ən geniş miqyaslı idarəetmə müsabiqələrindən biri edir. Əvvəlki illərdə qeydiyyatdan keçən 11 760 nəfərdən 9 775 nəfəri müsabiqəyə qəbul edilmişdir, bunun 40 %-i 21–30 yaş qrupu, 46,95 %-i 31–40 yaş qrupuna, 13,05 %-i isə 41–51 yaş qrupuna daxil olmuşdur. 2025 ci ildə keçirilən beşinci müsabiqədə 1 446 nəfər idarəetmə sınaqlarına qatılmış və onlardan 330 nəfər yarımfinala yüksəlmişdir. Müsabiqənin qalibləri ciddi dəstək alırlar. Hər bir qalibə 20 000 manat məbləğində pul mükafatı təqdim edilir. Qaliblər bir illik fərdi inkişaf planı və mentor dəstəyi əldə edir, burada təcrübəli idarəçilər və dövlət qurumlarının rəhbərləri ilə birgə çalışmaq imkanı yaranır. Bu dəstək qaliblərə bilik və təcrübə mübadiləsi aparmaq, peşəkar əlaqələr yaratmaq və gələcəkdə rəhbər vəzifələrdə çalışmaq üçün şərait yaradır. “Yüksəliş” müsabiqəsi yalnız idarəetmə bacarıqlarını sınaqdan keçirməklə kifayətlənmir. O həm də gənc kadrların dövlət idarəçiliyi, biznes və sosial sektorlar arasında inteqrasiyasına imkan verir. Müsabiqə qalibləri müxtəlif layihələrdə, proqramlarda və ictimai təşəbbüslərdə fəal iştirak edərək, Azərbaycanın inkişafına töhfə verirlər. “Yüksəliş” müsabiqəsi Azərbaycan üçün həm intellektual, həm də idarəetmə bacarıqlarının inkişaf etdiyi əsas platformadır. Müsabiqə vasitəsilə minlərlə perspektivli peşəkar öz potensialını nümayiş etdirir, idarəetmə sahəsində yeni ideyalar ortaya qoyur və gələcək liderlər kimi formalaşır. Statistik faktlar göstərir ki, müsabiqə böyük miqyasda iştirakçı cəlb edir və idarəetmə sahəsində kadr ehtiyatını formalaşdırmaq üçün mühüm alətə çevrilir. Bu isə ölkənin davamlı inkişaf strategiyasına verdiyi töhfənin əyani sübutudur.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki