image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5d81f054dbf3e693bae92cd5e1c8ec87

Əsas infrastruktur məsələləri öz həllini tapmışdır

image-legitimaz-810x90

Əsas infrastruktur məsələləri öz həllini tapmışdır.

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkənin kommunal infrastruktur sahəsində uzunmüddətli strategiyasının mühüm mərhələsini təşkil edir. Müşavirədə səsləndirilən “Əsas infrastruktur məsələləri öz həllini tapmışdır” fikri son illər ərzində həyata keçirilmiş genişmiqyaslı layihələrin nəticələrini ümumiləşdirən konseptual yanaşma kimi diqqət çəkir. Müşavirədə çıxışı zamanı bu sahəyə toxunan cənab Prezident qeyd etdi ki, “Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, – hazırda təqribən 10 min meqavata yaxındır, – eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə – bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, – bu məsələ həll edilmiş hesab olunur, – ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra, – necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, – eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.”

Bu fikirlər ilk növbədə onu göstərir ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sahəsində uzun illər yığılıb qalmış sistemli problemlər mərhələli şəkildə aradan qaldırılıb. Magistral su xətlərinin yenilənməsi, yeni su anbarlarının və təmizləyici qurğuların inşası, tullantı sularının idarə olunması üzrə müasir texnologiyaların tətbiqi şəhər təsərrüfatının dayanıqlığını əhəmiyyətli dərəcədə artırıb. Nəticədə, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatı əsasən təmin olunub.

Son illərdə bu sahədə aparılan islahatlar, vahid yanaşmanın formalaşdırılması və dövlət investisiyalarının məqsədyönlü şəkildə yönəldilməsi gələcək proqramların daha effektiv icrasına zəmin yaradır. Bu baxımdan, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı artıq problemlərin aradan qaldırılması mərhələsindən inkişafın dərinləşdirilməsi və keyfiyyətin artırılması mərhələsinə keçidi ifadə edir.

Xüsusilə yağış sularının idarə olunması məsələsi Bakı kimi sürətlə urbanizasiya olunan şəhər üçün strateji əhəmiyyət daşıyır. Əsas infrastrukturun qurulması bu sahədə daha çevik və ağıllı həllərin tətbiqinə imkan verir. Yeni proqram çərçivəsində rəqəmsal monitorinq sistemlərinin, proqnozlaşdırma mexanizmlərinin və ekoloji tarazlığı qoruyan yanaşmaların genişlənməsi gözlənilir.

Əsas infrastrukturun formalaşması Bakı və Abşeronun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən davamlı inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki