image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-thumb

Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü

image-legitimaz-810x90

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.

Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistanın ölkəmizə qarşı olan işğalçılıq və təcavüzkarlıq siyasəti daha uzun müddəti əhatə edir. Zamanla xalqımıza qarşı terror aktları törədən, düşmənçilik mövqeyindən əl çəkməyən Ermənistanın bu cəhdləri 2020-ci ildə yenidən daha intensiv xarakter almışdı. Ermənistan silahlı birləşmələri növbəti dəfə 27 sentyabr 2020-ci ildə genişmiqyaslı təxribatlara cəhd edərkən Azərbaycan Ordusu əks hücum əməliyyatlarına qərar verdi. Bu onun göstəricisi idi ki, 30 il torpaqları işğalda qalan Azərbaycan xalqı və dövləti işğalla barışmayıb. Bu müddət ərzində ölkədə həyata keçirilmiş davamlı orduquruculuğu nəticəsində Azərbaycan Ordusu gücələnərək dünyanın ən müasir ordularından birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətli ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verərək torpaqlarımızı düşmən tapdağından azad etdi.

10 noyabr 2020-ci il. Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident cənab İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Həmçinin, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Bir sözlə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki