image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-68d571ebb0c2e68d571ebb0c2f175881879568d571ebb0c2c68d571ebb0c2d_1758818896

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı

image-legitimaz-810x90

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı

Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb. 150-dən çox dövlət və hökumət başçısı iştirak etdiyi BMT Baş Assambleyasının yubiley sessiyası dünya ölkələrini bir araya gətirərək, beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsinə imkan yaratdı. Sessiyada dövlət və hökumət başçıları, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, çağdaş dünyanın üzləşdiyi çağırışlar və onlara qarşı birgə mübarizə yolları haqqında fikirlərini bölüşdülər. Xüsusilə, davam edən silahlı münaqişələr, qlobal ərzaq böhranı, enerji təhlükəsizliyi ilə bağlı çətinliklər, yoxsulluğun azaldılması, bərpaolunan enerji mənbələrinin təşviqi və rəqəmsal transformasiya kimi məsələlər əsas müzakirə mövzularından biri oldu.

Azərbaycan bu sessiyada fəal iştirak edərək, öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Ölkəmizin regional təhlükəsizlik, enerji əməkdaşlığı və dayanıqlı inkişaf sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirildi. Azərbaycanın BMT-nin 80 illik yubiley tədbirində təmsil olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki artan rolunu və qlobal proseslərdə fəal iştirakını bir daha aydın şəkildə nümayiş etdirir. Bu iştirak ölkəmizin yalnız regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki mövqeyini və təşəbbüslərini BMT tribunasından ifadə etmək imkanlarını uğurla dəyərləndirdiyini göstərir. Azərbaycanın bu yüksək səviyyəli tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlıq prinsiplərinə və BMT-nin əsas məqsəd və vəzifələrinə sadiqliyinin bariz nümunəsidir.

Cənab Prezident  İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı  bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Bununla da onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı həmçinin Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki