image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_120715

Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir

image-legitimaz-810x90

Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Günəş, külək və su elektrik enerjisi üzrə həyata keçirilən layihələr Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu göstərir. Planlara əsasən, yaxın beş-altı il ərzində ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni enerji ötürmə xətləri, dəniz dibi kabelləri və müasir enerji infrastrukturu üzərində işlər aparılır. Azərbaycanın əlverişli iqlim şəraiti, günəşli günlərin çoxluğu və güclü külək potensialı bu sahədə əlavə üstünlüklər yaradır.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın görüşündə regional təhlükəsizlik və nəqliyyat məsələləri də geniş müzakirə olunub. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni logistika və ticarət imkanları yaradır. Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşması və sülh prosesinin davam etdirilməsi regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər davamlı sülhün regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət etdiyini vurğulamışlar.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regionda sülhün bərqərar olması artıq öz müsbət nəticələrini göstərməyə başlayıb. Ermənistanla ticarət əlaqələrinin başlanması, Azərbaycanın ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması sülhə real addımların atıldığını göstərir. Bu isə Azərbaycanın regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına sadiq olduğunu nümayiş etdirir.

Ümumilikdə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında əməkdaşlığın fəal mərhələdə olduğunu bir daha nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Enerji sahəsində strateji tərəfdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi və regionda sabitliyin möhkəmlənməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki