image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-vk31f11rimjnnhjflfmtnermnxgiw5yde74noyqo_1200_1773234297

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var

image-legitimaz-810x90

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.

Qlobal enerji siyasətində baş verən dəyişikliklər ölkələri daha dayanıqlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə yönəlməyə təşviq edir. Son illərdə dünyanın bir çox ölkəsi kimi Avropa İttifaqı da enerji strategiyasında bərpaolunan mənbələrin payını artırmağa xüsusi diqqət yetirir. Bu prosesdə zəngin təbii potensiala malik tərəfdaş ölkələrlə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Azərbaycan da məhz belə tərəfdaşlardan biri kimi diqqət mərkəzindədir. 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə enerji əməkdaşlığının müxtəlif istiqamətləri müzakirə olunub. Prezident cənab İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq yalnız ənənəvi resurslarla məhdudlaşmır. Dövlət başçısı vurğulayıb ki, əməkdaşlığın digər mühüm istiqaməti bərpaolunan enerji sahəsi ilə bağlıdır və bu sahədə ölkənin böyük potensialı mövcuddur.

Azərbaycanın coğrafi mövqeyi və təbii iqlim şəraiti alternativ enerji mənbələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə Xəzər dənizində mövcud olan külək enerjisi ehtiyatları beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bu resurslar gələcəkdə həm ölkənin daxili enerji balansının şaxələndirilməsinə, həm də enerji ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər. Bununla yanaşı, ölkənin günəş enerjisi potensialı da diqqətəlayiqdir. Azərbaycanın bir çox bölgəsində günəşli günlərin sayının çox olması günəş elektrik stansiyalarının inkişafı üçün əlverişli şərait yaradır. Son illərdə bu sahədə həyata keçirilən layihələr ölkənin enerji strategiyasında yaşıl enerji istiqamətinin getdikcə daha böyük yer tutduğunu göstərir.

Bakıda keçirilən görüşlər zamanı yaşıl enerji layihələrinin perspektivləri, investisiya imkanları və gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Bu dialoq göstərir ki, tərəflər enerji sahəsində əməkdaşlığı daha geniş və müasir istiqamətlər üzrə inkişaf etdirməyə hazırdır.

Beləliklə, Antonio Koştanın Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığı yeni məzmun qazanır. Əgər əvvəlki dövrdə əməkdaşlığın əsasını neft və qaz təşkil edirdisə, indi gündəmdə dayanan əsas məsələlərdən biri də bərpaolunan enerji potensialının birgə reallaşdırılmasıdır. Bu isə gələcəkdə həm regionda enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də ekoloji baxımdan dayanıqlı inkişafın təmin olunmasına xidmət edə bilər.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Həqiqət Səmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki