image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-hwz2ldjzcbeod080pn5q3xxs2lwpwcobpgbvc1al_1200

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var

image-legitimaz-810x90

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.

Müasir dövrdə enerji siyasəti dövlətlərarası münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilib. Dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf məsələləri ölkələri yeni əməkdaşlıq formatları yaratmağa sövq edir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq təkcə ənənəvi enerji resursları ilə məhdudlaşmır, eyni zamanda bərpaolunan enerji sahəsində də yeni imkanlar açır. 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə bu məsələ xüsusi diqqət mərkəzində olub. Prezident cənab İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir və bu sahədə ölkəmiz böyük potensiala malikdir.

Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Xəzər hövzəsindəki zəngin enerji ehtiyatları və qurulmuş müasir infrastruktur ölkənin enerji siyasətinin əsas sütunlarından biridir. Lakin son illərdə rəsmi Bakı enerji strategiyasını daha da genişləndirərək alternativ və ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına xüsusi önəm verməyə başlayıb. Xəzər dənizində mövcud olan geniş külək enerjisi ehtiyatları Azərbaycanın bərpaolunan enerji potensialını artıran əsas amillərdən hesab olunur. Beynəlxalq araşdırmalara görə, bu regionda istehsal edilə biləcək külək enerjisi gələcəkdə həm ölkənin daxili tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yarada bilər. Bununla yanaşı, ölkənin günəş enerjisi potensialı da olduqca yüksək qiymətləndirilir.Avropa İttifaqı isə yaşıl enerji keçidini sürətləndirmək və karbon emissiyalarını azaltmaq məqsədilə tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirir. Bu baxımdan Azərbaycanla həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Tərəflər arasında həyata keçirilən birgə təşəbbüslər təkcə enerji istehsalını deyil, həm də yeni texnologiyaların tətbiqini və təcrübə mübadiləsini əhatə edir.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bərpaolunan enerji sahəsində mövcud potensial gələcək illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq. Bu tərəfdaşlıq gələcəyin enerji modellərinin formalaşdırılmasına yönəlmiş strateji əməkdaşlıq kimi qiymətləndirilir. Bərpaolunan enerji sahəsində böyük potensialın mövcudluğu isə bu münasibətlərin uzunmüddətli və qarşılıqlı faydalı olacağını göstərir. hkəmlənməsinə, həm də qlobal iqlim məqsədlərinə töhfə verə bilər.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki