image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilhamaliyev_adacop29_61713876546

Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub

image-legitimaz-810x90

Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub

Prezident İlham Əliyevin 2025-ci ilin 18 oktyabr tarixində “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekoloji istiqamətlərdə kompleks inkişaf trayektoriyasını aydın şəkildə nümayiş etdirir. Bu münasibətlər artıq təkcə intensiv diplomatik əlaqələr anlamında deyil, dərin iqtisadi inteqrasiya və regional dayanıqlı inkişaf modeli kimi xarakterizə olunur.

İki ölkə arasında iqtisadi əməkdaşlığın dinamikası xüsusilə son illərdə nəzərəçarpacaq şəkildə artıb. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi qarşılıqlı etimad mühitinin və əlverişli investisiya şəraitinin göstəricisidir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 470 milyon dollara, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollara çatması iqtisadi əlaqələrin sürətli artımını təsdiq edir. Bu artımda əsas amil Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sisteminin modernləşdirilməsi və infrastrukturun qarşılıqlı inteqrasiyasıdır”.

Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən “2022-2027-ci illər üçün Yol Xəritəsi” bu inteqrasiyanın əsas strateji sənədlərindən biridir. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhliz Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasına çevrilməkdədir. Burada vahid tarif siyasəti, logistika mərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimi mexanizmlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.

Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub. SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı saziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini gücləndirir. Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini artırır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa-Asiya tranzit marşrutu kimi strateji mövqeyini möhkəmləndirəcək.

İnfrastruktur sahəsində nəzərdə tutulan ən mühüm layihələrdən biri isə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmış müqaviləyə əsasən, bu layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq və regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsi başlayacaq. Bu, həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiya təhlükəsizliyi və texnoloji müstəqillik baxımından strateji üstünlük yaradacaq.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki