image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-xbrvyv1vs91pj5pjcstpo6y1i2ggk5d8nnxgapp3_1200

Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir

image-legitimaz-810x90

Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.

Sülh beynəlxalq münasibətlərdə çox vaxt masalar arxasında imzalanan bəyanat və sazişlərlə ölçülür. Lakin tarixin təcrübəsi göstərir ki, ən mükəmməl sənəd belə tərəflərin səmimi siyasi iradəsi və əməli addımları ilə dəstəklənmədikdə sadəcə “kağız parçası” olaraq qalır. Əsl barışıq isə xalqların gündəlik həyatına təsir edən konkret addımlarla — ticarət yollarının açılması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi bağların qurulması ilə ölçülür. Siyasi iradənin ən güclü nümayişi keçmiş rəqiblər arasında iqtisadi etimadın qurulmasıdır. Ermənistanla münasibətlər kontekstində neft məhsullarının təchizatına başlanılması və Azərbaycan ərazisi vasitəsilə tranzit yüklərin hərəkətinə qoyulan məhdudiyyətlərin tam aradan qaldırılması sülhün artıq “müharibəsizlik” mərhələsindən “əməkdaşlıq” mərhələsinə keçdiyini göstərir. Ticarət sadəcə qazanc vasitəsi deyil həm də qarşılıqlı asılılıq yaradaraq gələcək münaqişələrin qarşısını alan bir “təhlükəsizlik yastığıdır”.

2023-cü ilin sentyabrındakı hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülhə nail olunması regionun dinamikasında inqilabi bir dəyişiklikdir. Müharibənin ağrılarını onun gətirdiyi itkiləri dərindən hiss edən tərəflər üçün sülh mücərrəd bir anlayış deyil, yaşamsal bir zərurətdir. Sərhəd bölgələrində təhlükəsizliyin təmin olunması isə bu sülhün dayanıqlılığının əsas şərtidir. İnsanlar sərhəddə əsgər deyil, ticarət karvanları gördükdə barışığın səmimiliyinə inanırlar. Sülh bir nöqtə deyil bir prosesdir. Bu prosesin uğuru hər iki tərəfin sülhə sadiqliyini hər gün yenidən nümayiş etdirməsindən asılıdır. Azərbaycanın nümayiş etdirdiyi geniş gündəlik — iqtisadi əlaqələrdən tutmuş tranzit imkanlarına qədər  sülhün əyani modelini yaradır. Sənədlər paraflana bilər, lakin xalqların və dövlətlərin həqiqi barışığı o sənədlərin həyatın hər sahəsində tətbiq olunması ilə tamamlanır. Sülhdən yaxşı heç nə ola bilməz, çünki o, keçmişin qanlı səhifələrini bağlayıb, gələcəyin işıqlı imkanlarına qapı açır.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki