ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətində olduğunu bildirib.
“Xeberaz.info” xəbər verir ki, Ağ Ev liderinin sözlərinə görə, Ukraynada müharibənin dayandırılması ilə bağlı “çox yaxşı dialoq” aparır.
Tramp daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski və digər dünya liderləri ilə danışıb. Eyni zamanda, prezident Ukrayna-Rusiya danışıqlarının onun gözlədiyindən də çətin keçdiyini etiraf edib.
“Mən düşünürdüm ki, daha asan olacaq… Prezident Putinlə münasibətimə görə. Amma bu iş daha çətin oldu. Onsuz da bunu edəcəyik. Razılaşmaya nail olacağıq”, – o, əlavə edib.