image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1726818874_1-1609675288

Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir – xanın kəndi

image-legitimaz-810x90

Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir – xanın kəndi

Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bunun ardınca qondarma qurum ləğv edildi və oktyabrın 15-də tariximizdə daha bir şanlı səhifə açıldı.

Bir sözlə, 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Çünki müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbəbə-heyəti ilə görüşündə onu da vurğuladı ki, bu günü, Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək: «Biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək».

«Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi», – dövlət başçımız vurğulayıb.

Bəli, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin dirlomatik və qətiyyətli siyasəti ilə son dörd ildə xalqımızın hüzn tarixləri bayram günləri ilə əvəz edilib. Və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Prezident İlham Əliyev görüşdə Azərbaycan tarixindən geniş bəhs etdi və real faktlara, tarixi həqiqətlərə söykənərək mühüm məqamları Xankəndindən bütün dünya ictimaiyyətinə çatdırdı. Bir daha bəyan edilidi ki, Xankəndi bizim tarixi torpağımızdır. Bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir – Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilərin bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməsinə başlanıldı. Bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar.

Göründüyü kimi, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı…Bir sözlə, bu gün bütün işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağlarımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki