Dövlətimizin iradəsinin və prinsipiallığının növbəti göstəricisi
Bəli, bu günü sox gözləmişik və qürurla, böyük ümidlə gözləmişik. Artıq bu gün gözlədiyimiz gün – suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya aktı imzalamış Ermənistan, eləcə də Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində idi.
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib: «Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, “Hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi».
44 günlük ikinci qarabağ müharibəsi və ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində silahlı qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur
Göründüyü kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur. Dövlət başçımız İlham Əliyev cənablarının son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın.
Sözsüz ki, Prezident İlham Əliyev bütün bunları görürdü və yaxşı bilirdi ki, işğalçı ölkə keçmiş status-kvonu qorumaq üçün havadarlarından aldığı tapşırıqların icrasını təmin edir. Keçmiş münaqişənin həlli istiqaməti üzrə yaradılan ATƏT-in tarixin arxivinə göndərilən Minsk qrupunun da xristian təəssübkeşliyi ikili standartların tətbiqini şərtləndirirdi. Məhz uzaqgörən Lider kimi Prezident İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü. Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini