image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577554654_1385034906309617_5695941651572676026_n

Dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır

image-legitimaz-810x90

Dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır

Zəfər günümüzü, ümummilli qürur günümüzü bizə bəxş edən Ali Baş Komandanımız, 30 il düşmən tapdağı altında qalan tarixi torpaqlarımızı azad etməklə, tapdalanan ləyaqətimizi təmizləyərək qürurumuzu özümüzə qaytardı, itmiş ümidimizi bərpa etdi.

Əsil həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Böyük Qələbəni qanı-canı hesa­bına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiy­yəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaş­dırmış oldu.   “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.

Üç il öncə, şahidi olduğumuz, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da keçirilən  Zəfər paradında Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızıın tarixinə qürurverici hadisə olaraq qızıl hərflərlə yazıldı. Zəfər bayramı münasibətilə keçiriliən paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Vətən Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha bir millət, iki dövlət  olduğumuzu təsdiqlədi.

Ali Baş Komandan İlham Əliyevin  paradda qeyd etdiyi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” sözlər hər bir azərbaycanlını olduqca qürurlandırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə  “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” söyləməsi  qürurverici olmaqla yanaşı Azərbaycana qarşı olan qüvvələrə qarşı ciddi bir mesaj idi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında yüzlərlə hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi bizim gücümüzün, qüdrətimizin nümayişi oldu. Paradın qürurverici anlarından biri də  müharibə zamanı qənimət kimi ələ keçirilmiş Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların bir qisminin nümayişi oldu və bu da  düşmənin necə rəzil vəziyyətə düşdüyünü göstərdi.

 

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki