image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1769975429573

Dövlətçilik ənənəsində Azərbaycan gənclərinin rolu -Jalə Əliyeva

image-legitimaz-810x90

Dövlətçilik ənənəsində Azərbaycan gənclərinin rolu

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən xüsusi diqqət və qayğının rəmzidir. Bu tarix təsadüfi seçilməmişdir. Məhz Azərbaycan gəncliyinin I Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilmiş və bu gün sonradan dövlət səviyyəsində əlamətdar tarix kimi təsis olunmuşdur. Həmin addım müstəqil Azərbaycanın gənclər siyasətinin ideoloji və institusional əsaslarını formalaşdırmışdır.
Heydər Əliyev gəncləri daim dövlətin strateji gələcəyi kimi qiymətləndirirdi. Onun “Gənclər bizim gələcəyimizdir” fikri təkcə şüar deyil, uzunmüddətli dövlət düşüncəsinin ifadəsi idi. Ümummilli lider hesab edirdi ki, yalnız savadlı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər gənclər müstəqil dövlətin möhkəmlənməsini təmin edə bilər. Bu baxımdan təhsil, elm, mədəniyyət və idman sahələrində gənclərin inkişafı Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və müasir tələblərə uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, Azərbaycan gəncliyi ölkənin sosial-iqtisadi inkişafında, innovativ düşüncənin formalaşmasında və dövlət maraqlarının qorunmasında fəal rol oynayır. Gənclərin beynəlxalq arenada qazandığı uğurlar, elm, texnologiya, idman və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər bu siyasətin real nəticələridir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə yüksək vətənpərvərlik, fədakarlıq və cəsarət nümayiş etdirdi. Prezident İlham Əliyevin gənclər haqqında söylədiyi “Biz gənclərimizə güvənirik” fikri məhz bu tarixi sınaq zamanı öz təsdiqini tapdı. Gənclər həm döyüş meydanında, həm də informasiya cəbhəsində dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etdilər.

Bu gün dövlət proqramları, gənclər fondları, təhsil və startap təşəbbüsləri gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Məqsəd yalnız bugünün deyil, gələcəyin liderlərini yetişdirməkdir. Azərbaycan gəncliyi artıq passiv müşahidəçi deyil, ölkənin inkişaf proseslərinin fəal iştirakçısıdır.

2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, həm də dövlətin gənclərə olan inamının və etimadının ifadəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yol və Prezident İlham Əliyevin bu yolu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirməsi Azərbaycan gəncliyini güclü, savadlı və milli maraqlara sadiq bir nəsil kimi formalaşdırır. Bu gənclik isə Azərbaycanın bu günü və sabahının əsas təminatıdır.

 

Milli Məclisin deputatı Jalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki