image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baku-bay

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

image-legitimaz-810x90

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.

Dövlət suverenliyi xalqın öz taleyinə sahib çıxmaq, daxili və xarici siyasətdə müstəqil olmaq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək imkanlarını təmin edən ali dəyərdir. Azərbaycan tarixində müstəqillik arzusu hər zaman güclü olub.

Qədim dövrlərdən müasir dövrədək xalqımız müxtəlif imperiyaların hökmranlığına məruz qalsa da, milli varlığını, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini qoruyub saxlayıb. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi.

Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edilib.

Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ilk müstəqil dövlət quruculuğu təcrübəsi olub. Lakin həmin dövrdə xarici təsirlər və mürəkkəb siyasi şərait səbəbindən müstəqilliyi uzun müddət qorumaq mümkün olmayıb.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu. Bu, xalqımızın tarixi arzularının reallaşması idi. Lakin müstəqillik elan olunduğu ilk illərdə ölkə ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhranlar, iqtisadi çətinliklər dövlətin varlığını təhdid edirdi. Belə mürəkkəb dövrdə xalqın milli birliyi və müstəqillik arzusu Azərbaycanın dövlətçilik yolunu qoruyub saxlamağa imkan verdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması idi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törədildi. 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticəsiz qaldı.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi. Bu qələbə yalnız hərbi-siyasi uğur deyildi, həm də Azərbaycan dövlətçiliyinin və xalqın milli iradəsinin gücünün nümayişi idi. 44 günlük müharibə nəticəsində əldə olunan Zəfər dövlət suverenliyinin bərpası yolunda dönüş nöqtəsi oldu. Lakin Qarabağda fəaliyyət göstərən separatçı rejim sülh prosesini davamlı olaraq pozur, bölgədə qeyri-qanuni hərbi birləşmələr saxlayırdı. Bu vəziyyət Azərbaycanın suverenliyinə təhdid idi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.

Cəmi 23 saat ərzində separatçı qüvvələr tərksilah edildi, qanunsuz qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat beynəlxalq hüquqa, dövlətin daxili qanunvericiliyinə və suveren hüquqlarına tam uyğun idi.

   Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki