image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-407079

Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir

image-legitimaz-810x90

Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir

Cənab Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilmişdir. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Sərəncamda bildirilir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Belə bir günün təsis edilməsini zəruri edən bir sıra amillər var. Hər şeydən əvvəl 1988-ci ildən sonra Azərbaycan qanunları heç bir zaman Xankəndi və digər rayonlarda işləməyib. Dövlət Suverenliyi dedikdə, dövlətin qanunlarının, hakimiyyətinin mövcud olması nəzərdə tutulur. 1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilsə də, bu, yalnız kağız üzərində qalmışdı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, heç bir zaman orada milli valyuta, konstitusiya, qanunlar işləməyib. Azərbaycan rəhbərlərinin Xankəndi və digər ərazilərə ayağı dəyməyib. Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbərimiz, böyük strateq, prezidentimiz İlham Əliyevdir. 2023-cü ilin 19 sentyabrında başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. İlk dəfə olaraq Azərbyacan bayrağı Xankəndi və digər şəhər və qəsəbələrdə dalğalandırıldı. 2024-cü ildə ilk dəfə olaraq bütün ərazilərdə Prezident və parlament seçkiləri keçirildi.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki