Dayanıqlı inkişafa səbəb olmuş islahatlar
Müstəqilliyimizin bərpasından ötən dövrədə Azərbaycanda müstəqil mətbuatın inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu görərik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” fikirlərinin davamı olaraq Prezident cənab İlham Əliyevin “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm” çağırışı Azərbaycan mətbuatının zəngin yol keçdiyini, hər zaman üzərinə düşdüyü missiyanı şərəflə, obyektib yerinə yetirdiyini təsdiqləyir.
Azərbaycan mətbuatının inkişafı müstəqillik dövrü daha çox diqqətdə olur. Bu reallığı qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, mətbuatda problemlərlə üz-üzə qalmışdı. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərlə təzyiqlərlə üzləşirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başladı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Senzuranın ləğvi azad mətbuatın qarşısında yeni imkanlar açdı. Ümummilli Lider müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu günü və gələcəyi üçün möhkəm təçəl yaratdı. Ümumilikdə demokratiyanı strateji kursumuzun əsası kimi dəyərləndirərək heç bir qüvvənin bizi bu yoldan döndərə bilməyəcəyini bəyan etdi. Ölkəmizdə demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillərin bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan qısa zamanda demokratiya təcrübəsi ilə dünyanın diqqətində oldu. Azad mətbuatın inkişafı, jurnalist peşəkarlığının artırılması bütün dövrlər üçün aktuallığını qoruyub. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yarandı.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal