image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6785d6b717fd7d12cf3fd53cc5c7f62d

Cənab Prezident İlham Əliyevə yüksək etimad göstərilir

image-legitimaz-810x90

Cənab Prezident İlham Əliyevə yüksək etimad göstərilir

Ümumiyyətlə, diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir Azərbaycana, dövlətimizin başçısına olan böyük hörmət və etimadla diqqətdə olur.

Tədbirlərdən əvvəl qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevlə keçirilən görüşlər, günün aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyinə verilən üstlünlük  bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Nyu Yorka işgüzar səfəri də bu baxımdan  diqqət çəkdi.

“Dövlətimizin başçısının dünyanın  alternativ investisiyalar  sahəsində ən  böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin  sədri  və baş icraçı  direktoru Corc Volker  və “Blackstone” şirkətinin prezidenti  və baş  əməliyyat direktoru  Conatan  Qrey ilə görüşləri bunun bariz nümunəsidir. Belə ki,  “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt görüş zamanı 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini xüsusi qeyd etdi. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını bildirdi. “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker isə rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirdi

Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığı genişləndirməsinə önəm verdiyini qeyd edən deputat bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyini bildirib: “”Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını,  rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu  və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirdiyini bildirdi.  Hər üç şirkət  dünyanın ən böyük  maliyyə qurumlarındandır.  Bu, həmin qurumların Azərbaycana olan marağının göstəricisidir.  Ümumilikdə, səfər çərçivəsində keçirilən bütün görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutur.  Bu isə ölkəmizə marağın, onun liderinə olan münasibətin təsdiqidir”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki