image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260107-wa0001

Cənab Prezident İlham Əliyev müsahibəsi ilə dünyaya vacib mesajlar verdi! – Elşən Əzizov

image-legitimaz-810x90

Cənab Prezident İlham Əliyev müsahibəsi ilə dünyaya vacib mesajlar verdi!

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm ictimai və siyasi məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Bütövlükdə, cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu. Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyevin hər ilin əvvəli televiziya kanallarına geniş müsahibə verərək ötən ilin yekunlarını dəyərləndirməsi, bir növ hesabat verməsi və qarşıdakı hədəfləri müəyyənləşdirərək onu cəmiyyətə çatdırması artıq ənənə halını alıb. Cənab Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi vəziyyəti, siyasi xətti, xarici siyasəti, Ermənistan-Azərbycan sülh müqaviləsinin imzalanması istiqamətində mövcud vəziyyət, eləcə də Amerika Birləşmiş Ştatlarla münasibətlər və s. kimi detallara aydınlıq gətirməklə cəmyyətimiz üçün maraqlı olan bütün məsələləri aydın şəkildə ifadə etdi. Bu müsahibə nəticəsində hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün heç bir qaranlıq məqam qalmadı. Azərbaycan 2026-cı ilə bütün sahələrdə böyük uğurlarla qədəm qoydu. Ötən 2025-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin artıq ənənəyə çevrilən yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Yerli televiziya kanallarına müsahibəsində cənab Prezident İlham Əliyev cəmiyyətimizin hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə böyük yer ayırıb. Qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür. Cənab Prezident İlham Əliyev ölkə iqtisadiyyatının davamlı inkişafından, qeyri-neft sektorundakı artım dinamikasından, eləcə də ölkəmizin bərpaolunan enerji potensialından və bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bərpaolunan enerji mənbələrindən istifadə əlavə imkanlar yaradacaq. Belə ki, həm qaz, həm də elektrik enerjisinin ixracı artacaq. Bununla da ölkəmizin gəlirləri daha da yüksələcək. Ölkəmizin gəlirlərinin artmasına mühüm təsirlərdən biri də nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir. Zəngəzur dəhlizinin açılması bu sahədə böyük əhəmiyyətə malik olacaq. Eyni zamanda, Azərbaycanın zəngin turizm potensialı da vardır ki, bu sahənin daha da inkişafı ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Qarabağ və Şərqi Zəngəzur qeyd olunan sahələrdə ölkə iqtisadiyyatının davamlı inkişafında müstəsna əhəmiyyətə malikdir. Bir neçə ildir ki, ölkədə özünüməşğulluq proqramı tətbiq edilir və artıq 100 mindən çox insan bu proqramla əhatə olunub. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər yerdə yeni iş yerləri yaradılır.

Son illərdə şəhid ailələrinə və müharibə əlillərinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Bu prosses bu gün də davam edir. müharibə zamanı əlil olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: İqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq. Cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili və sosial ədalət prinsipi dayanır. Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bunun şahidi olmaq mümkündür. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət Azərbaycan dövlətinin gücləndirilməsinə və xalqımızın sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşamasına xidmət edir. Müasir beynəlxalq münasibətlər sistemində əsas prinsiplərdən biri odur ki, mövcud olmaq üçün güclü olmaq mütləqdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın siyasi xəritəsində güclü Azərbaycan dövləti var. Bu reallıqdır və bu reallıq artıq qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə 2025-ci ilin ölkəmiz üçün tarixi və dönüş nöqtəsi olduğunu vurğulayıb. Dövlət başçısı ötən ilin mühüm hadisələrini, strateji nailiyyətləri və gələcəyə dair planları ictimaiyyətlə bölüşüb. 2025-ci il Qarabağ probleminin siyasi baxımdan yekunlaşdırılması və ölkəmizdə mövcud olan sabitliyin daha da gücləndirilməsi ilə yadda qaldı. Bu sülh dövrü qısa müddətdə təhlükəsizlik, rifah və inkişaf baxımından öz müsbət nəticələrini verməyə başlayıb.
İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu ərazilərdə 70 mindən çox insan artıq yaşayır. Xankəndi, Şuşa, Ağdam və Laçında beynəlxalq tədbirlər keçirilib, yeni yollar, tunellər və dəmir yolları istifadəyə verilib. Enerji təminatı üçün dairəvi sistem qurulub, su anbarları yenidən tikilib, yaşayış üçün zəruri olan bütün infrastruktur yaradılır. Populizmdən uzaq, real və məqsədyönlü inkişaf siyasəti nəticəsində həm sosial, həm də iqtisadi sahədə davamlı və dayanıqlı uğurlar əldə edilir. Gələcəkdə də əsas prioritetlərdən biri iş yerlərinin yaradılması, regionların inkişafı və vətəndaşların rifah halının daha da yüksəldilməsi olacaq. Bu müsahibə cənab Prezident İlham Əliyevin strateji baxışının, güclü liderliyinin və milli maraqlara əsaslanan siyasətinin növbəti aydın ifadəsi oldu. Azərbaycanın sabaha daha güclü və inamla irəliləməsi bu qətiyyətli siyasətin bəhrəsidir.

 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki