image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558712299_1360312902115151_4940447513737348162_n

Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir

image-legitimaz-810x90

Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyırdı. Toplantıda Prezident cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə edən ölkə deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir. Prezident cənab İlham Əliyevin Düşənbədəki çıxışında irəli sürdüyü tezislər Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu fəlsəfə pragmatizm, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.  Bu münasibətlər, həmçinin Müstəqil Dövlətlər Birliyinin daxilində Şərq–Qərb istiqamətli əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edir.

Düşənbə sammiti bir daha göstərdi ki, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlıq yeni məzmuna bürünür. Azərbaycanın təşəbbüsləri bu təşkilatda pragmatik inteqrasiyanın, yəni iqtisadi, humanitar və təhlükəsizlik əsaslı əməkdaşlığın dərinləşməsinə yönəlib. Prezident cənab İlham Əliyevin çıxışı Müstəqil Dövlətlər Birliyinin liderlərinə ünvanlanmış praktik əməkdaşlıq və qarşılıqlı etimad çağırışı idi. Bu yanaşma Azərbaycanın regionda balanslaşdırıcı və birləşdirici rolunu gücləndirir. Düşənbə toplantısı göstərdi ki, Azərbaycan Cənubi Qafqazın və bütövlükdə Müstəqil Dövlətlər Birliyi məkanının strateji sabitlik dayaqlarından biridir. İlham Əliyevin çıxışı postmünaqişə dövrünün regional fəlsəfəsini ifadə etdi, bu gün region qarşıdurmadan əməkdaşlığa,  inkişafa doğru keçid dövrünü yaşayır.  Azərbaycan bu gün regionda sülhün, tərəfdaşlığın və qarşılıqlı hörmətin daşıyıcısı kimi çıxış edir. Bu siyasət ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir və Müstəqil Dövlətlər Birliyinin daxilində inteqrasiyanın real təməlini formalaşdırır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki