image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-42c6d476bd346d521ec316e9d7316a57

Bu, NATO-nun sonu olacaq – Rasmussen

image-legitimaz-810x90

ABŞ-ın Qrenlandiyaya hücumu Şimali Atlantika Alyansına son qoyacaq.

Xeberaz.info xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen Fox News-a verdiyi müsahibədə deyib: “Heç olmasa ümid edirəm ki, bu baş verməz; bu, NATO-nun sonu deməkdir”. O qeyd edib ki, Danimarka son 20 ildə ABŞ-ın Qrenlandiyada daha güclü iştirakı üçün heç bir hərbi sorğu almayıb: “Hamımız NATO-ya mənsubuq və inanırıq ki, irəliləyiş yolumuz, bilirsiniz, qüvvələri birləşdirmək olmalıdır”.

O əlavə etdi ki, Danimarka ABŞ prezidenti Donald Trampın Çin və Rusiyanın Şimal Qütb Dairəsində olması ilə bağlı təhlükəsizlik narahatlıqlarını həll etməyə açıqdır, lakin bu, “Danimarka Krallığının ərazi bütövlüyü və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququ” hesabına olmalı deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki