image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-559776413_1357721375707637_5073262696647432485_n

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

image-legitimaz-810x90

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Vaşinqton Zirvəsinin  mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyevin çıxışında 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etməsi də bu tərkibdəndir. Qəbul edilən hər bir qərar, irəli sürülən təşəbbüslər ümumilkdə Türk birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Hazırkı dövrdə azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də  bu birliyi özündə təcəssüm etdirir. Füzuli rayonunda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir. Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü çərçivəsində Qəbələdə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlinin qoyulması növbəti qardaş dəstəyi oldu. Hər bir Zirvə Görüşü Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı olur.

Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki